Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2011-09-17
Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsinin birgə məlumatı

     Sentyabrın 16-da saat 08:00 radələrində Yasamal rayonu, Şərifzadə küçəsi, 527/21-ci məhəllə, ev 2A, mənzil 8-də yaşamış, 1942-ci il təvəllüdlü "Təfəkkür" Universitetinin prorektoru vəzifəsində işləmiş Əhmədov Tariyel İbrahim oğlunun başının arxa təpə nahiyyəsində beyin sümüklərinin qəlpəli sınığı xəsarətləri ilə müşayət olunan meyiti Yasamal rayonu, Şərifzadə küçəsi 8 saylı ünvanda yerləşən yaşayış binasının qarşısındakı idman meydançasında aşkar edilmişdir.

     Bakı şəhər prokurorluğu, Yasamal rayon prokurorluğu, Bakı şəhər Baş Polis İdarəsi və Yasamal rayon Polis İdarəsinin əməkdaşlarının, məhkəmə-tibb ekspertinin iştirakları ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri təxirəsalınmaz istintaq-əməliyyat hərəkətləri aparılmışdır. 

    Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmaqla, Bakı şəhər prokurorluğunun və şəhər BPİ-nin əməkdaşlarından ibarət birgə istintaq qrupu yaradılmışdır.

      Hazırda iş üzrə şəhər prokurorluğunda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.