Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2011-11-28
Tovuz rayonunda qətl törətməkdə şübhəli bilinən şəxs tutulmuşdur

    27 noyabr 2011-ci il tarixdə saat 17:00 radələrində Tovuz rayonunun Aşağı Ayıblı kəndində kirayədə yaşayan Gədəbəy rayon sakini 1983-cü il təvəllüdlü İbrahimov Şahsuvar Həsən oğlu yaşadığı mənzildə tanışı Tovuz rayon sakini 1984-cü il təvəllüdlü Hüseynov Araz Əli oğlu ilə spirtli içki qəbul etdikdən sonra aralarında baş vermiş mübahisə zamanı sonuncunu bıçaqla vuraraq qəsdən öldürmüşdür.

 

    Tovuz rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə, meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan bıçaq götürülmüşdür.

 

     Fakta görə rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

 

   Rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Şahsuvar İbrahimov tutularaq istintaqa cəlb edilmişdir.

 

     Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.