Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-02-02
RESPUBLİKA BAŞ PROKURORLUÄžU VƏ DAXİLİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT XİDMƏTLƏRİNDƏN

      2012-ci il fevralın 1-də Azərbaycan Respublikasının Baş prokuroru və daxili işlər naziri yazıçı-publisist Rafiq Tağıyevin qətli ilə bağlı növbəti əməliyyat müşavirəsi keçirmiş və istntaq-əməliyyat qrupunun hesabatını dinləmişlər. Qeyd olunmuşdur ki, ötən müşavirədə qrupun qarşısında qoyulmuş vəzifələrin və tapşırıqların icrası tam təmin edilərək cinayət işi üzrə çoxsaylı müayinə, baxış, götürmə, eksperiment və s. istintaq-əməliyyat tədbirləri aparılmış, zərərçəkmiş və şahid qismində 130-dan artıq şəxs dindirilmiş, habelə 10-a yaxın kompleks ekspertiza təyin olunaraq rəylər əldə edilmişdir. 
      Fakt üzrə Rafiq Tağıyevin həyat yoldaşı Nailə Tağıyeva onun hüquqi varisi qismində tanınaraq 2011-ci il dekabrın 16-da ifadəsi alınmış, eləcə də fərdi qaydada fəaliyyət göstərən nümayəndəsi vəkil Elçin Sadıqovun istintaq qarşısında qaldırdığı vəsatətlərə baxılıb müavafiq prosessual qərarlar qəbul edilmişdir. 
      İstintaqın hazırki mərhələsində Rafiq Tağıyevi Kliniki Tibbi Mərkəzə gətirmiş Təcili Yardım Stansiyası həkimlərinin, müalicəsi ilə məşğul olmuş tibb işçilərinin məsuliyyətsizliyini təsdiqləyən faktlar aşkar edilməmişdir. Məhkəmə-Tibbi Ekspertizasının nəticələri göstərmişdir ki,  ölümün səbəbi zərərçəkmişin bədəninə bıçaqla yetirilən xəsarətlər olmuşdur. Rafiq Tağıyevin cərrahiyyə əməliyyatı və aldığı müalicənin tibbi metodikaya uyğunluğuna dair suallar üzrə Məhkəmə-Tibbi Ekspertizanın tədqiqatları davam etdirilir. 
      Bununla bərabər, hadisədən əvvəlki və hadisə günlərində mərhumun hərəkət marşrutlarının tərtib olunmuş sxemi üzrə 43 videonəzarət kamerasının qeydə aldığı görüntülərin təhlili də aparılmışdır. Müəyyən edilmişdir ki, onlardan yalnız iki obyektə məxsus dörd videokamera işləməmişdir ki, bunun da səbəbi obyekt sahibləri arasında münaqişəli vəziyyətdən yaranmış fasilə və texniki nasazlıqlar ilə əlaqədardır.  
      Baş prokuror və daxili işlər naziri Rafiq Tağıyevin peşə və yaradıcılıq sahəsində fəaliyyətinin, şəxsiyyətini səciyyələndirən xüsusatların hərtərəfli təhlil olunması, cinayətin törədilməsi ilə bağlı irəli sürülən bütün fərziyyələrin ətraflı, intensiv və dəqiq yoxlanılması üçün əlavə tapşırıqlar vermişlər. Eyni zamanda, istintaq-əməliyyat qrupunun diqqətini müsbət nəticələr verə biləcək bir sıra digər perspektivli fərziyyələrin araşdırılmasına yönəltmişlər.
      Cinayətin açılması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.