Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-02-09
RESPUBLİKA BAŞ PROKURORLUÄžU VƏ DAXİLİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT XİDMƏTLƏRİNDƏN
   2012-ci il fevralın 7-də Mingəçevir şəhərində, yaşadıqları mənzildə 12 yaşlı Pərvin Beydullayevin bıçaqla qətlə yetirilmiş meyiti tapılmış, bacısı - 14 yaşlı Pərvanə isə bıçaq xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya gətirilmişdir.

    Şəhər Prokurorluğu və Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən birgə həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətmiş şəhər sakini, 1989-cu il təvəllüdlü Hüseyn Dadaşov tutularaq istintaqa cəlb olunmuşdur.

 

    Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə aparılmış ilkin araşdırmalarla müəyyən edilmişdir ki, H.Dadaşov həmin gün saat 14.00 radələrində əvvəldən tanıdığı Beydullayevlərin mənzilinə daxil olmuş, Pərvin və Pərvanənin əllərini bağlayaraq evdə olan 7 manat 40 qəpik pulu və qızıl-zinət əşyalarını götürmüşdür. Bundan sonra o, mənzilin hamam otağında bıçaqla Pərvinin boğaz nahiyəsini kəsərək öldürmüş, Pərvanəyə isə bıçaqla bir neçə zərbə endirərək onların öldüyünü yəqin etdikdən sonra mənzili tərk etmişdir.

 

    İstintaq zamanı H.Dadaşov törətdiyi cinayət əməlini etiraf etməklə mənzildən götürdüyü qızıl-zinət əşyalarını həmin binanın girişindəki gizlətdiyi yeri göstərmiş və əşyalar hal şahidlərinin iştirakı ilə götürülmüşdür.

 

    Cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.