Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-02-13
DAXİLİ İŞLƏR NAZİRLİYİ VƏ BAŞ PROKURORLUÄžUN MƏTBUAT XİDMƏTLƏRİNDƏN

     2012-ci il fevralın 11-də Bakı şəhər sakini R.Bağırova Daxili İşlər Nazirliyinə müraciət edərək qohumu H.Babayevin cinayət məsuliyyətinə cəlb olunmaması müqabilində özünü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı kimi təqdim etmiş bir şəxsin ondan pul tələb etməsi barədə məlumat vermişdir. 

    Nazirliyin və Baş Prokurorluğun əməkdaşlarından ibarət əməliyyat qrupu  tərəfindən həyata keçirilmiş operativ tədbirlərlə Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Nurəddin Qəmbərov  həmin vətəndaşdan 1500 ABŞ dolları alarkən saxlanılmışdır.

     Fakta görə cinayət işi başlanaraq istintaq aparılır.