Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-02-16
FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ VƏ RESPUBLİKA BAŞ PROKURORLUÄžUNUN MƏTBUAT XİDMƏTLƏRİNDƏN

      Fevralın 16-da  saat 14:00 radələrində Xəzər dənizinin paytaxtın Xətai rayonu ərazisinə aid hissəsində sahildə dayanan "Mərdəkan" balıqçı gəmisində partlayış baş vermişdir.

    Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və Baş Prokurorluğun rəhbər heyəti gəlmiş, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunmaqla qısa zaman ərzində gəmidə baş vermiş yanğın tam söndürülmüşdür. Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri və Bakı şəhər prokurorluğunun əməkdaşları tərəfindən  məhkəmə-tibbi və Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminalogiya Problemləri İnstitunun ekspertlərinin iştirakı ilə hadisə yeri və meyitlərə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən  maddi sübutlar götürülmüş və digər zəruri təxirəsalınmaz istintaq hərəkətləri aparılmışdır.

     Hadisə yerində 4 nəfərin - 1964-cü il təvəllüdlü gəmi kapitanı Hacı Xanbutayev, 1965-ci il təvəllüdlü matros Maarif Ağayev, mexanik  Sahib Beydullayev və 1960-cı il təvəllüdlü qaynaqçı Mehman Hacıyevin meyitləri aşkarlanaraq müayinə olunması üçün məhkəmə-tibb ekspertlərinə təqdim edilmişdir.

     Fakta görə Bakı şəhər prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmış və istintaq aparılır.