Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-02-21
DAXİLİ İŞLƏR NAZİRLİYİ VƏ BAŞ PROKURORLUÄžUN MƏTBUAT XİDMƏTLƏRİNDƏN
     Məlumat verildiyi kimi, 2012-ci il fevralın 17-də saat 19.00 radələrində paytaxtın Binəqədi rayon sakini 74 yaşlı Elmira İsmayılova yaşadığı mənzildə çoxsaylı bıçaq xəsarətləri yetirilməklə qəsdən öldürülmüş və mənzilin mətbəxi yandırılmışdır.
 
     Prokurorluq və daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Natiq Hümbətov müəyyən edilərək tutulmuşdur. 
    
     İlkin dindirmə zamanı N.Hümbətov cinayəti tamah məqsədi ilə törətdiyini və E.İsmayılovanı qətlə yetirdikdən sonra izləri itirmək məqsədi ilə meyitin olduğu mətbəx otağını yandırdığını etiraf etməklə cinayətdə istifadə etdiyi bıçağı istintaqa təqdim etmişdir.
 
     Fakta görə həmin tarixdə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.11 (quldurluq ilə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədilən quldurluq) maddələri ilə cinayət işi başlanmışdır.
  
     Natiq Hümbətov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
  
     Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.