Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-03-03
BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİ VƏ ŞƏHƏR PROKURORLUÄžUNUN BİRGƏ MƏLUMATI

     Xəbər verildiyi kimi, 2012-ci il martın 2-də Qaraçuxur qəsəbəsində bir qrup şəxs arasında baş vermiş münaqişə zamanı Orxan Xamıyev qəsdən öldürülmüşdür. Həmin fakta görə Suraxanı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə prokurorluq və polis əməkdaşlarının birgə həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki,  həmin gün saat 17.00 radələrində, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 5 saylı binanın qarşısında qəsəbə sakinləri Emin Mirzəyevlə Kamran Xamıyev arasında mubahisə baş vermişdir. Emin Mirzəyev  mobil telefonla dostu Cəfər Abbasova zəng vuraraq köməyə çağırmış, bir müddətdən sonra onların tanışları Cəfər Abbasov, Knyaz Knyazov və Anar, Hüseyn və İlkin adlı şəxslər hadisə yerinə gəlmişlər. Onlarla Kamran Xamıyev və onun qardaşları Orxan və Fərrux arasında baş vermiş münaqişə zamanı Knyaz Knyazov bıçaqla Orxan Xamıyevə çoxsaylı xəsarətlər yetirmişdir. Eyni zamanda, Fərrux və  Kamran Xamıyevlər də müxtəlif xəsarətlər almışlar. Orxan Xamıyev xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən ölmüş, qardaşları Kamran və Fərrux isə  xəstəxanaya  yerləşdirilmişlər.

     Həmin tarixdə Suraxanı rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

     2012-ci il martın 3-də Knyaz Knyazov və Emin Mirzəyev şübhəli şəxs qismində tutulmuşlar.

     Münaqişədə iştirak etmiş digər şəxslərin də müəyyən olunub istintaqa cəlb edilməsi istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.