Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-03-06
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq genişlənir

     Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin Təşkilati və informasiya təminatı şöbəsinin rəisi Rövşən Əliyev 1-2 mart 2012-ci il tarixlərdə Türkiyənin İstanbul şəhərində keçirilən Azərbaycan Respublikasının üzv olduğu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) regionda Transmilli cinayətkarlıq meyllərinin qiymətləndirilməsi üzrə 2011-ci il üçün İllik İcmal hazırlanmasına dair İşçi Qrupunun növbəti iclasında iştirak etmişdir.

     Tədbirdə Qara Dəniz regionunda korrupsiyanın qarşısının alınması və onunla mübarizə üzrə regional səylər üzrə QDİƏT-in Regional Planının hazırlanması ilə əlaqədar üzv ölkələr tərəfindən yeniləşdirilmiş məlumatlar təqdim edilmiş, cinayətkarlıqla, xüsusilə onun mütəşəkkil formaları ilə mübarizə üzrə əməkdaşlığa dair İşçi Qrupunun növbəti iclasının gündəliyi müzakirə edilməklə üzv ölkələrin mütəşəkkil cinayətkarlıqla mübarizəyə dair statistik məlumatlarının öyrənilməsi üçün suallar toplusunun hazırlanması üzrə fikir mübadiləsi aparılmışdır.

      Qeyd olunan iclasda Rövşən Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan Respublikasında həyata keçirilmiş qanunvericilik və institusional islahatlar barədə çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.