Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-03-12
RESPUBLİKA BAŞ PROKURORLUÄžU VƏ DAXİLİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT XİDMƏTLƏRİNİN MƏLUMATI

     Xəbər verildiyi kimi, martın 9-dan 10-na keçən gecə saat 01.00 radələrində Abşeron rayonunun Qobu qəsəbə sakini Dadaş Dadaşov yaşadığı evin həyətində naməlum şəxs tərəfindən odlu silahla qətlə yetirilmişdir.

     Prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət yaradılmış istintaq-əməliyyat qrupu hadisə yerinə baxış keçirmiş və orada "Makarov" tipli tapancaya aid 8 ədəd giliz aşkar etmişdir.

     Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi, Abşeron rayon prokurorluğu və Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlərlə martın 10-da cinayəti törətməkdə şübhəli bilinən Qobu qəsəbə sakini Nazim Muxtarov tutulmuşdur.  Cinayətin aləti olan "Makarov" tapançası isə Qaradağ rayonunun Qızıldaş qəsəbəsindəki daş karxanalarından birinin ərazisində aşkar edilib götürülmüşdür.

     Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.