Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-03-15
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatı

  "Azadlıq Radiosu"nun əməkdaşı Xədicə İsmayılovanın şəxsi həyatının toxunulmazlığı hüququnun pozulması ilə əlaqədar Daxili İşlər Nazirliyindən daxil olmuş araşdırma materialları əsasında Baş Prokurorluq tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı (şəxsi həyatın toxunulmazlığını pozma) maddəsi ilə cinayət işi başlanmışdır. İş üzrə istintaqın aparılması Bakı şəhər prokurorluğuna tapşırılmışdır.