Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-03-31
Respublika Hərbi Prokurorluğunun Mətbuat xidmətinin məlumatı

     Son zamanlar bəzi mətbu orqanlarında Müdafiə Nazirliyinin hərbi hissəsində baş vermiş ölüm hadisəsi ətrafında reallığı əks etdirməyən informasiyalar yayılmışdır.

     Bununla əlaqədar, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu rəsmi mövqeyini açıqlayaraq bildirir ki, Müdafiə Nazirliyinin Tərtər rayonu ərazisində yerləşən â„– saylı hərbi hissəsində manqa komandiri vəzifəsində xidmət edən, Lənkəran rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış əsgər Emil Həsənovun ərazidə aparılan təmizlik işləri zamanı hərbi hissənin digər əsgəri, Bakı şəhəri Nəsimi rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış Məmməd Abbasova etdiyi iradlar onlar arasında mübahisəyə səbəb olmuşdur.  Sonuncu əsgər Emil Həsənovdan qisas almaq məqsədi ilə 29 mart 2012-ci il tarixdə saat 19:00 radələrində avtomat silahdan çoxsaylı atəşlər açaraq onu qəsdən öldürmüş, açılmış atəşlər nəticəsində həmin vaxt Emil Həsənovun yanında olmuş əsgərlər Teymur Teymurov və Babək İbişov müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Bundan sonra əsgər A.Abbasov avtomat silahını çənəsinin altına dirəyərək özünü də öldürmüşdür.     

     Faktla bağlı Hərbi Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü  (ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış və ilkin zəruri istintaq hərəkətləri yerinə yetirilmişdir.

     Hazırda baş vermiş hadisənin bütün hallarının tam, obyektiv və hərtərəfli araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.