Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-04-12
Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsinin birgə məlumatı

     Yasamal rayon sakini Abdullayev İslam Somran oğlunun aprelin 11-də saat 17 radələrində yaşadığı mənzildə çoxsaylı kəsici-deşici xəsarətlərlə aşkar edilərək xəstəxanaya yerləşdirilməsi və orada ölməsi faktına görə Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

      Yasamal rayon prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalist, rayon Polis İdarəsinin əməkdaşları və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılmışdır.

     İlkin araşdırmalarla cinayətin mərhumun tanışı -1996-cı il təvəllüdlü Dadaşov Əli Ağadadaş oğlu tərəfindən törədilməsi müəyyən edilmişdir. Belə ki, Ə.Dadaşov aprelin 11-də saat 15 radələrində İslam Abdullayevin yaşadığı mənzilə gəlmiş və şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özündə olan bıçaqla sonuncuya çoxsaylı kəsici-deşici xəsarətlər yetirərək hadisə yerindən qaçmışdır.

     Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ə.Dadaşov tutularaq istintaqa cəlb olunmuşdur. O, istintaqa verdiyi ilkin ifadəsində törətdiyi cinayət əməlini etiraf etmiş və cinayətin aləti olan bıçağı istintaqa təqdim etmişdir.

     Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.