Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-04-13
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun məlumatı

     Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Bakı şəhər sakini, 1948-ci il təvəllüdlü Cəfər Rauf Yusif oğlunun cinayət əməlləri ifşa olunmuşdur.

 

     Araşdırmalarla müəyyən edilmişdir ki, Rauf Cəfər 2011-ci ilin aprel-may aylarında yaxın tanışı Adil Kərimovun (ad və soyad şərtidir) Qaradağ rayonunda yerləşən evinə gedib-gələrkən onun nəvəsi, 2004-cü il təvəllüdlü Sevinc Kərimovanın (ad və soyad şərtidir) evdə tək olmasından və köməksiz vəziyyətindən istifadə edərək dəfələrlə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir.

 

     Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanmışdır.

 

     Rauf Cəfər iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

 

     Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.