Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-04-18
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatı
    Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılan istintaqla tutduğu vəzifədən kənarlaşdırılmış Füzuli rayon prokurorunun sabiq böyük köməkçisi Çingiz Mövsümovun prokurorluq işçisinə yaraşmayan və prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyi müəyyən edilmişdi

     Belə ki, Çingiz Mövsümov Füzuli rayon prokuroru vəzifəsini icra edərkən Tural Kərimovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə prokurorluqda istintaqı aparılan cinayət işi üzrə ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokuror kimi ona tamah məqsədilə qəsdən adam öldürməyə görə ittiham verilməməsi üçün 7 yanvar 2010-cu il tarixdə təqsirləndirilən şəxsin əmisi Arzu Kərimovdan 2.500 manat pul almış, bundan əlavə Tural Kərimovun məhkəmə tərəfindən təyin ediləcək cəzanın çəkilməsindən azad olunmasını təşkil etməkdən ötrü 30.000 manat məbləğində pul istəmişdir.

     Xidməti intizamın kobud pozuntusuna, prokurorluq işçisinə yaraşmayan və prokuror vəzifəsi ilə bir araya sığmayan və cinayət qanunvericiliyi ilə təqib olunan hərəkətlərə yol verdiyinə görə Füzuli rayon prokurorunun böyük köməkçisi Çingiz Mövsümov Baş Prokurorluq üzrə müvafiq əmrlə prokurorluq orqanlarından xaric edilmişdir.

     Həmin fakta görə Çingiz Mövsümov barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır.

     Törətdiyi cinayət əməllərinə görə Ç.Mövsümov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

     Cinayət işi üzrə istintaq Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində davam etdirilir.