Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-05-16
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərindən

     Xəbər verildiyi kimi, 2012-ci il  martın 29-da Sumqayıt şəhər sakini, 13 yaşlı Ramil Habil oğlu Ağayev yaşadığı evin qarşısından naməlum şəraitdə itkin düşmüşdür. Fakt üzrə toplanmış araşdırma materialında onun qəsdən öldürülməsini güman etməyə kifayət qədər əsaslar olduğundan  mayın 3-də Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə həvalə edilmiş, həmçinin cinayətin açılması məqsədilə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.

     Hazırda Ramil Ağayevin öldürülməsi ehtimal edilən müxtəlif fərziyyələr əsasında intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.