Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-05-31
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərindən

    2012-ci il mayın 30-da saat 02:30 radələrində Səbail rayonu ərazisində yerləşən və ictimaiyyət arasında «Qırx pilləkən» adlandırılan yerdə Bakı şəhər sakini Natiq Həsənovun üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilmişdir.

     Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.  

     "İsti izlər"lə müəyyən edilmişdir ki, mərhum Natiq Həsənov həmin gün tanışı, Rusiya Federasiyasının vətəndaşı, tüfeyli həyat tərzi keçirən, əvvəllər məhkum edilmiş Oleq Borisovets, Bakı şəhər sakinləri Rəşadət Həsənov, Fərid Xasməmmədov və Bahadur adlı şəxs ilə  birlikdə spirtli içki qəbul etmişlər. Daha sonra Oleq Borisovets Rəşadət Nəsənovla əlbir olaraq mübahisə zəminində Natiq Həsənova çoxsaylı zərbələr endirərək onu qəsdən öldürmüşlər. 

     Aparılan təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Oleq Borisovets və Rəşadət Həsənov yaxalanmışlar. Onlar ilkin ifadələrində törətdikləri cinayət əməlini etiraf etmişlər.

     Hazırda cinayətin digər iştirakçılarının da tutulması istiqamətində tədbirlər davam etdirilir.