Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-07-20
Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərindən

     İyulun 20-də saat 11:30 radələrində Bakı şəhəri, H.Əliyev prospektində yerləşən Heydər Əliyev Mərkəzinin muzey hissəsinin tavanında yanğın hadisəsinin baş verməsi haqqında məlumat daxil olmuşdur.

     Dərhal hələlik səbəbi bəlli olmayan yanğın hadisəsinin qarşısının alınması məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti, maşın, mexanizm və helikopterləri cəlb edilməklə yanğının qarşısı alınmış, onun genişlənməsinə və binanın içəri hissəsinə keçməsinə imkan verilməmişdir.

     Heydər Əliyev Mərkəzinin tavanından başqa, binanın içərisinə, zallarına və digər yerlərinə heç bir zərər dəyməmişdir.

     Eyni zamanda yanğınsöndürənlərdən və binanın mühafizə işçilərindən xəsarət alan olmamışdır.

     Yanğının baş vermə səbəblərinin istintaq yolu ilə araşdırılması məqsədilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarının pozulması) Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanmış, istintaq-əməliyyat qrupunun tərkibinə Fövqəladə Hallar Nazirliyinin Yanğınların təhqiqatı və sınaq laboratoriyasının mütəxəssisləri, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri və digər hüquq mühafizə orqanlarının təcrübəli əməkdaşları daxil edilmişdir.

     Yanğının baş vermə səbəbləri və araşdırmanın nəticələri haqqında ictimaiyyətə əlavə məlumat veriləcəkdir