Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-08-27
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərindən

    Xəbər verildiyi kimi, avqustun 24-də Xızı rayonunun Şuraabad qəsəbəsi ərazisində naməlum şəxs odlu silahdan atəş açaraq Siyəzən şəhər sakini Elşən Ələkbərova ağır bədən xəsarəti yetirdikdən sonra ona məxsus "AzSamand" markalı avtomobillə hadisə yerindən qaçmışdır. Yaralı xəstəxanaya aparılarkən yolda ölmüşdür.

   Dərhal faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış və Xızı rayon prokurorluğu və rayon Polis şöbəsi əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.

   "İsti izlər"lə həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat- axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətmiş rayonun Zarat kənd sakini Məhərrəm Heybətov müəyyən edilərək yaxalanmışdır. Tədbirlərini davam etdirən istintaq-əməliyyat qrupu M.Heybətov tərəfindən gizlədilmiş mərhuma məxsus avtomaşının və cinayətin aləti olan bir ədəd ov tüfənginin yerini də aşkar edərək götürmüşlər.

     M.Heybətov ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf etmişdir. Ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

     Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.