Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-08-31
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərindən

    Xəbər verildiyi kimi avqustun 31-də saat 03:00 radələrində Sabirabad rayon Polis Şöbəsinin sahə rəisi, polis baş leytenantı Quliyev Eldəniz Musa oğlu və rayonun Xankeçən kənd sakini Zeynalov Azad Səmid oğlu odlu silahla qətlə yetirilmişlər.

    Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.3 və 120.2.7-ci maddələri ilə cinayət işi başlanmışdır.

    İlkin araşdırmalarla müəyyən olunmuşdur ki, Azad Zeynalovla həmkəndlisi Abıyev Gülhüseyn Xanhüseyn oğlu arasında münaqişə baş vermişdir. Polis baş leytenantı Eldəniz Quliyev baş verə biləcək ağır cinayətin qarşısını almaq və vətəndaşların həyatını xilas etmək məqsədilə daxil olmuş məlumat əsasında təcili olaraq hadisə yerinə gəlmiş və münaqişə tərəflərindən intizama riayət etmələrini və qanunsuz hərəkətlərinə son qoymalarını tələb etmişdir. Lakin bu zaman polisin qanuni tələbinə məhəl qoymayan G.Abıyev ov tüfəngindən atəş açaraq onu və A.Zeynalovu qətlə yetirmiş və hadisə yerindən qaçmışdır.

    Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Gülhüseyn Abıyev şübhəli şəxs qismində tutulmuş və cinayətin aləti olan ov tüfəngi maddi subut kimi götürülmüşdür.

    Hazırda iş üzrə istintaq davam etdirilir.