Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-08-31
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərindən

    Avqustun 31-də saat 07:30-da Bakı-Ağstafa marşrutu ilə hərəkət edən sərnişin qatarı Qaradağ rayonu ərazisində hərəkətdə olarkən "Daewoo" markalı, 10 TF 427 dövlət nömrə nişanlı 124 â„–-li sərnişin avtobusu ilə toqquşmuşdur.

      Dərhal hadisə yerinə  Daxili İşlər, Səhiyyə, Nəqliyyat və digər qurumların əməkdaşları gələrək qəzanın aradan qaldırılması, qəza nəticəsində xəsarət alan şəxslərə təcili tibbi yardım göstərilməsi və digər təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir.

       Fakta görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 262.3-cü (Dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma) və 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddələri ilə cinayət işi başlanmışdır.

      Hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yeri və meyitlərə baxış keçirilmiş və digər zəruri hərəkətlər aparılmışdır. İlkin məlumata görə hadisə nəticəsində 6 nəfər ölmüş, 47 nəfər tibbi yardım göstərilməsi üçün şəhər Klinik Tibbi Mərkəzə və Travmatologiya xəstəxanasına yerləşdirilmişdir. Xəsarət alanlardan artıq 18 nəfərinə ilkin tibbi yardım göstərilərək evə buraxılmış, 26 nəfərinin isə müalicələri davam etdirilir, onlardan 10-nun vəziyyəti orta ağır və ağırdır.

      Hazırda şəhər prokurorluğunun istintaq idarəsində iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir. Ölən və xəsarət alanların şəxsiyyətləri dəqiqləşdirilir. İctimaiyyətə əlavə məlumat veriləcəkdir.

      Baş Prokurorluqda (493-72-80), Daxili İşlər Nazirliyində (493-62-64), Səhiyyə Nazirliyində (565-12-75) nömrəli "Qaynar xətt" əlaqə mərkəzləri fəaliyyət göstərir.