Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-09-03
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat Xidmətinin Məlumatı

Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin tələblərinə və Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarına qəbul olunmaq arzusunda olan şəxslər üçün 100 ştat vahidi üzrə elan edilmiş müsabiqə ilə əlaqədar namizədlərin sənədlərinin qəbulu cari ilin avqust ayının 31-də başa çatmışdır.

Prokurorluq orqanlarına işə qəbulla bağlı sənədlərini təqdim etmiş 461 namizəd üçün test imtahanı 13 sentyabr 2012-ci il tarixdə saat 10.00-da başlayaraq 3 saat ərzində Azərbaycan Texniki Universitetinin «İdman Sarayı»nda keçiriləcəkdir (ünvan: Bakı şəhəri, Ayna Sultanova küçəsi, 5).

İmtahanın keçirilməsi qaydaları «Yaddaş kitabçası»nda əks etdiriləcəkdir. İmtahana buraxılmış namizədlər 10-11 sentyabr 2012-ci il tarixlərdə saat 09.15-dən 18.00-dək şəxsiyyət vəsiqəsini və sənədlərin qəbulu barədə qəbzi təqdim etməklə, «Yaddaş kitabçası»nı və «Test imtahanına buraxılış vərəqəsi»ni Baş Prokurorluğun əsas inzibati binasının qəbul otağında (Bakı şəhəri N.Rəfibəyli küçəsi,7) ala bilərlər.

Əlavə məlumatları 437-28-56, 492-62-23, 492-74-32 və 492-63-62 nömrəli telefonlarla almaq olar.