Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-09-03
Cinayət işi üzrə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilmişdir

Məlumat verildiyi kimi avqustun 31-də paytaxtın Qaradağ rayonu ərazisində 6 nəfərin ölümü və 44 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir.

Cinayət işi üzrə Prokurorluğun və Daxili İşlər orqanlarının müstəntiqlərindən ibarət istintaq qrupu yaradılmış, məhkəmə-tibbi ekspertizaları təyin edilmiş, çoxsaylı şahidlər dindirilmiş və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılmışdır.

Hadisə zamanı xəsarət almış şəxslərin xəstəxanalara yerləşdirilməsi təmin olunmuş, onlardan 16-na ilkin tibbi yardım göstərilməklə evə buraxılmış, 28-nin isə stasionar şəraitdə müalicələri davam etdirilir.

Cinayət işi üzrə Azərbaycan Dəmir Yolunun Heybət-Buta mənzilinin keçid növbətçisi İsmayılov Eyyub Məhəmməd oğlu Cinayət Məcəlləsinin 262.3-cü maddəsi, “Daewoo” markalı sərnişin avtobusunun sürücüsü Ağayev Fərid Ağamir oğlu isə həmin məcəllənin 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.

İş üzrə istintaq davam etdirilir.