Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-10-09
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatı

     Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində, o cümlədən bu mübarizədə son dərəcə zəruri olan antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi və mövcud beynəlxalq konvensiyaların müddəalarına uygunlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.

     Belə ki, ölkə başcısının siyasi iradəsinə uygun olaqar 2003-cü ildə Azərbaycan Respublikası Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" Konvensiyasına qoşulmuşdur.

     Azərbaycan   Respublikasının cinayət qanunvericiliyində edilmiş dəyişikliklərə əsasən Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiya"sının 5 (xarici vəzifəli şəxslərin rüşvətlə ələ alınması), 6 (xarici dövlətlərin seçkili orqanları üzvlərinin rüşvətlə ələ alınması), 10 (Beynəlxalq parlament assambleyaları üzvlərinin rüşvətlə ələ alınması) və 12 (nüfuz alveri) maddələrinə dair Azərbaycan Respublikası tərəfindən edilmiş qeyd-şərtlərin ləğvi və Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiya"sının 15 may 2003-cü il tarixli Əlavə Protokoluna (milli dövlət arbitrlərinin rüşvət istəməsi, xarici arbitrlərin, milli və xarici münsiflərin rüşvətlə ələ alınması) sözügedən sənədin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində tətbiq edilməyəcəyi barədə bəyanat ilə qoşulması ilə əlaqədar ölkədaxili prosedurlar Respublika Prokurorluğu tərəfindən həyata keçirilmişdir.

     Korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluq orqanlarının üzərinə mühüm vəzifələrin qoyulması nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2012-ci il tarixli Sərəncamı ilə Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiya"sına Əlavə Protokolu Azərbaycan Respublikası adından müvafiq bəyanatla imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının Baş prokuroruna həvalə edilmişdir.

     Azərbaycan Respublikasının Baş prokuroru  Zakir Qaralov oktyabrın 8-də  Konvensiyanın Əlavə Protokolunu  Avropa Şurasının mənzil qərargahında  imzalamışdır.

     İmzalanma mərasimində Avropa Şurası yanında Azərbaycan Respublikası nümayəndəliyinin müvəqqəti işlər vəkili C.Mirzəyev, Baş prokuror yanında Korrupsiyaya qarsı mübarizə idarəsinin rəisi K.Əliyev və Baş prokurorun köməkçisi V. Səmədov iştirak etmişlər.

    Səfər zamanı Baş prokuror Avropa Şurasının baş katibinin müavini xanım Gabriella Battaini-Draqoni ilə ikitərəfli görüş keçirmiş və dövlət başçısının siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş qanunverici və institusional tədbirlər, o cümlədən Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planları, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması və funksiyaları barədə ətraflı məlumat verilmiş, habelə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər barədə məlumatları özündə əks etdirən kitabçalar təqdim olunmuşdur.

     Görüş zamanı ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində aparılmış mütərəqqi dəyişikliklər müsbət qiymətləndirilmiş, Azərbaycan Respublikasının Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) ilə uğurlu əməkdaşlığı xüsusi vurğulanaraq onun davam etdiriləcəyinə əminlik ifadə olunmuşdur.