Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-10-23
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərindən

Xəbər verildiyi kimi oktyabrın 21-də, gecə saat 00:30 radələrində Beyləqan rayon sakinləri Allahyar Süleymanov, Ruslan Alxanov və Əbülfət Cəfərovun odlu silah yaraları ilə Beyləqan Mərkəzi rayon xəstəxanasına daxil olmaları, A.Süleymanovun aldığı güllə yarasından həmin gün orada  ölməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcələsinin 124.1-ci (ehtihatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, oktyabrın 20-də saat 24 radələrində Beyləqan, Xocavənd, Ağdam, Laçın rayonları üzrə Ovçuluq və Balıqçılıq idarəsinin sədri Allahyar Süleymanov idarə etdiyi avtomobillə Beyləqan rayonunun Yeni Mil qəsəbəsi yaxınlığında hərəkətdə olarkən Beyləqan şəhər sakinləri Ruhi Mahmudov, Mahir Əliyev, Mahir Hüseynov, Vasif Əsədov və Natiq Muradxanovun orada ov etdiklərini görmüşdür. A.Süleymanov qanunsuz ov etdiklərinə görə həmin şəxslərdən özlərində olan ov silahlarını vermələrini tələb etmişdir. Lakin tələb yerinə yetirilmədiyindən A.Süleymanov tüfəngi dartıb almağa cəhd göstərərkən atəş açılmış, bu zaman sonuncu baş nahiyəsindən, həmçinin yaxınlıqdakı Beyləqan rayon sakinləri Ruslan Alxanov və Əbülfət Cəfərov müxtəlif dərəcəli bədən xəsarəti almışlar.

İş üzrə təxirəsalınmaz istintaq hərəkətlər həyata keçirilmiş, o cümlədən şahidlər dindirilmiş, məhkəmə-tibb, məhkəmə-ballistik, kompleks tibbi-kriminalistik, bioloji ekspertizalar təyin edilmiş  və digər zəruri hərəkətlər yerinə yetirilmişdir.

Oktyabrın 23-də Mahir Əliyevə Cinayət Məcələsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmuş və o, təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində davam etdirilir.