Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-11-12
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən

    Noyabrın 11-də saat 07 radələrində Mənsimov Mənsim Kərim oğlu yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki evində ailə münasibətləri zəminində arvadı Zenfira Mənsimovanın və qızı Sevinc Mənsimlinin baş nahiyyələrinə balta ilə zərbələr endirərək hər ikisini qəsdən öldürmüşdür.

     Bundan sonra M.Mənsimov otaqda divara vurulmuş dəmir  parçasına bərkitdiyi kəndirdən özünü asaraq intihar etmişdir.

     Bakı şəhər prokurorluğu, rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşlarının iştirakları ilə hadisə yerinə və meyitlərə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş, müvafiq  ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilmişdir.

     Fakta görə həmin tarixdə Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.