Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-11-15
Bakı şəhər prokurorluğunun məlumatı

     Noyabrın 14-də saat 18:00 radələrində Səbail rayon prokurorluğunun böyük müstəntiqi Allahyar Əliyev icraatında olan cinayət işi üzrə məhkəmə qərarına əsasən Karlar Cəmiyyətinin Yasamal rayonu ərazisində yerləşən 1 saylı müəssisəsində cəmiyyətin əməkdaşlarının iştirakı ilə istintaq hərəkəti yerinə yetirərkən həmin müəssisənin sabiq direktoru Ayaz Məmmədov istintaq hərəkətinə etiraz əlaməti olaraq müstəntiq tərəfindən tərtib olunmuş protokola imza etməkdən imtina etmişdir.

     Məmmədov ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verməklə qanunsuz olaraq əldə edib gəzdirdiyi "BROVNING" markalı tapançadan atəş açıb. Məmmədov orada olan şəxslər tərəfindən zərərsizləşdirilib və ondan bir ədəd tapança, on iki ədəd güllə, bir ədəd giliz götürülüb. Baş vermiş hadisə nəticəsində xəsarət alan olmayıb. Həmçinin, hadisə zamanı müstəntiq Əliyevlə Məmmədov arasında hər hansı bir mübahisə yaranmamışdır.

     Fakta görə həmin tarixdə Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, cinayətin törədilməsində şübhəli bilinən Ayaz Məmmədov tutularaq istintaqa cəlb olunmuşdur.

     Hazırda hadisənin hansı şəraitdə baş verməsi, Məmmədovun nə məqsədlə odlu silah əldə edib ondan atəş açması və digər məsələlər üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.