Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-11-22
Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsinin birgə məlumatı

     Noyabrın 20-də saat 11 radələrində Yeni Suraxanı qəsəbə sakinləri Şahin Əliyev və Əhməd Həsənov qabaqcadan əlbir olan cinayətkar qrup təşkil etməklə tanışı Orxan Nağıyevi əvvəllər ona verdikləri 15.000 manat pulu tələb etmək məqsədilə Ə.Həsənovun yaşadığı evin həyətindəki toyuq hinində saxlamaqla həmin gün saat 23 radələrinədək qanunsuz olaraq azadlıqdan məhrum etmişlər. Daha sonra onlar bu barədə  zərərçəkmişin arvadı Zülfiyyə Nağıyevaya məlumat verməklə ondan pul tələb etmişlər. Sonuncunun müraciəti əsasında Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Şahin Əliyev və Əhməd Həsənovun bu qanunazidd hərəkətlərinin qarşısı alınmışdır.

     Fakta görə Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanmışdır.

     Cinayətin törədilməsində şübhəli bilinən Şahin Əliyev və Əhməd Həsənov tutularaq istintaqa cəlb olunmuşdur.

     Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.