Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-11-22
Bakı şəhər prokurorluğu və Baş Polis idarəsinin birgə məlumatı

     Noyabrın 20-də saat 00:30 radələrində Xəlilov Müşviq Atabala oğlunun yaşadığı Yasamal rayonu, Şərifzadə küçəsi 31/48 ünvanda yerləşən 92A saylı evin qarşısında naməlum şəxs ona və həmin vaxt yanında olan Bağırov Fikrət Məmmədağa oğluna odlu silahdan bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçmışdır.

     Fakta görə Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanmışdır.

     İş üzrə hadisə yerinə baxış keçirilmiş, oradan 7 ədəd giliz və 1 ədəd güllə aşkar edilərək maddi sübüt kimi götürülmüş, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq tədbirləri həyata keçirilmişdir.

     Noyabrın 21-də cinayət işi həmin məcəllənin 228.1 və 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələrinə tövsif edilərək istintaq aidiyyəti üzrə Yasamal rayon prokurorluğuna göndərilmişdir.

     Hazırda hadisənin baş vermə səbəbi və cinayət əməlini törətmiş şəxsin müəyyənləşdirilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.