Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-11-29
Bakı şəhər prokurorluğu və Baş Polis idarəsinin birgə məlumatı

Noyabrın 28-də saat 11 radələrində Xətai Rayon Polis İdarəsindən Bakı şəhəri, Nobel prospekti 7 saylı ünvanda Usov Gennadiy Andreyeviçin meyitinin aşkar edilməsi barədə məlumat daxil olmuşdur. Məlumat əsasında rayon prokurorluğu, rayon Polis İdarəsinin əməkdaşları tərəfindən, məhkəmə tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş daha sonra meyit ölümün səbəbinin müəyyən edilməsi üçün "MTE və PA" Birliyinin Xətai rayon şöbəsinin meyitxanasına göndərilmişdir.

Faktla bağlı dərhal Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə  cinayət işi başlanmışdır.

Noyabrın 29-da həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, 1998-ci il təvəllüdlü Gennadiy Usov anası Çaadayeva Yelena Gennadyevna boğmuşdur. Belə ki, ana ona qarşı əxlaqsız hərəkətlər etməsinə görə, oğlundan qisas almaq niyyətinə düşmüş və bunun üçün qeyri-rəsmi ər-arvad kimi yaşadığı Mereşkin Aleksandr Vasilyeviçlə qabaqcadan razılaşıb əlbir olaraq, noybarın 28-də saat 01 radələrində yaşadığı evdə yatmış vəziyyətindən istifadə edib xələtinin kəməri ilə oğlunu boğaraq öldürmüşdür. Onlar daha sonra törətdikləri cinayəti ört-basdır etmək məqsədilə əvvəlcə hadisə baş verən otağın giriş qapısının yuxarı hissəsində bərkidilmiş turnik kimi istifadə edilən dəmirdən asaraq stranqulyasiya şırımı görüntüsü yaradıb, sonra isə meyiti evdən çıxararaq yaşadığı evin yaxınlığında tikinti aparılan əraziyə atmışlar.

Faktla bağlı başlanan cinayət işi noyabrın 29-da Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.9-cu (qəsdən adam öldürmə) maddələrinə  tövsif edilmişdir.

Yelena Çaadayeva və Aleksandr Mereşkin şübhəli şəxs qismində tutulmuşlar.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir