Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-12-03
RESPUBLİKA BAŞ PROKURORLUĞU VƏ DAXİLİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT XİDMƏTLƏRİNDƏN

     2012-ci il dekabrın 3-də Göyçay rayonunda ağır cinayət hadisəsi baş vermişdir. Rayonun Bəydövül kənd sakinləri - yaxın qohum və qonşular olan Nicat Xudiyevlə Ağababa Xudiyev və sonuncunun oğlu Sədi arasında mübahisə baş vermişdir. Bu zaman Nicat Xudiyev özünə məxsus ov tüfəngindən yaxın məsafədən atəş açaraq A.Xudiyevi qol nahiyəsindən yaralamışdır. Atasının yaralandığını görən Əziz isə A.Xudiyevə məxsus ov silahından Nicat Xudiyevə atəş açaraq onu qətlə yetirmiş və hadisə yerindən qaçmışdır. 

         Rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gəlmiş və qətlin baş verdiyi ərazi ətraflı müayinə edilmiş, təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Xəsarət almış Ağababa Xudiyev rayon xəstəxanasına yerləşdirilmişdir.  

         "İsti izlər"lə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Əziz Xudiyev polis əməkdaşları tərəfindən tutulmuş, onun cinayətdə istifadə etdiyi və gizlətdiyi 1 ədəd ov silahı, həmçinin mərhuma məxsus digər tüfəng də götürülmüşdür.

         Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmış, istintaq aparılır.