Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-12-14
Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətlərindən

      Dekabrın 13-də saat 18:30 radələrində paytaxtın Binəqədi rayonu ərazisində yerləşən 138 saylı uşaq bağçasında qida məhsulundan kütləvi zəhərlənmə hadisəsi qeydə alınmışdır.  

     Müəyyən edilmişdir ki, qeyd edilən tarixdə nahardan sonra orada tərbiyə alan 230 uşaqdan 13-nün səhhəti pisləşdiyindən onlar Səhiyyə Nazirliyi 2 saylı Uşaq və 7 saylı Şəhər xəstəxanalarına «qida zəhərlənməsi» diaqnozu ilə yerləşdirilmişlər. Hər iki xəstəxanada onlara müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılmışlar.

     Hadisədən dərhal sonra rayon hüquq mühafizə orqanlarının əməkdaşları Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə hadisə yerində olmuş, uşaqların qəbul etdiyi qida məhsullarından təhqiqat üçün nümunələr götürülmüşdür.

     Fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 200.3-cü (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar edilmişdir.

     Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülmüşdür.

     Hazırda  iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.