Sayt üzrə axtarış

Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2013-01-07
RESPUBLİKA BAŞ PROKURORLUĞU VƏ DAXİLİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT XİDMƏTLƏRİNDƏN

Xəbər verildiyi kimi, 2013-cü il yanvarın 6-da saat 18.00 radələrində paytaxtın Balaxanı qəsəbəsi ərazisində qəsəbə sakinləri Əsəd Əliyev, oğlu Məhəmməd və qardaşı Seymurla münaqişə zəminində Bakı şəhər sakinləri Elçin Əliyevi və Sadiq Musayevi odlu silahdan atəş açaraq yaralamış, Elxan Bayramzadəyə isə bıçaqla xəsarət yetirmişlər.

Yaralılar dərhal Sabunçu rayonundakı 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilsə də Elxan Bayramzadənin və Elçin Əliyevin həyatını xilas etmək mümkün olmamışdır.

Həmin məlumatla əlaqədar daxili işlər və prokurorluq orqanlarının əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitlərə baxış keçirmiş, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar - 1 ədəd "Makarov" tipli tapança, 5 giliz və 1 bıçaq götürülmüş, habelə digər zəruri hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanmış, istintaqın davam etdirilməsi Bakı şəhər prokurorluğuna həvalə edilmişdir.

İstintaqla müəyyən  edilmişdir ki,  hadisədən bir gün əvvəl idarə etdikləri avtomaşınlarla  biri-birlərinə yol vermədiklərinə görə, Əsəd Əliyevlə Sadiq Musayev arasında mübahisə baş vermişdir. Bu zaman Sadiq Musayev və onunla birlikdə olan Elxan Bayramzadə Əsəd Əliyevi yumruqla vurmuşlar. Ertəsi gün Əsəd Əliyev, oğlu Məhəmməd və qardaşları Seymurla Teymur Elxan Bayramzadə, Elçin Əliyev, Sadiq və Tahir Musayev qardaşları ilə Balaxanı qəsəbəsində görüşərək məsələyə aydınlıq gətirmək istəmişlər. Lakin mübahisə daha da böyümüş, bu zaman Teymur Əliyev üstündə gəzdirdiyi "Makarav" tipli tapançadan atəş açaraq Elçin Əliyevi baş nahiyyəsindən, Sadiq Musayevi isə sağ bud nahiyyəsindən yaralamış, Məhəmməd Əliyev isə Elxan Bayramzadəni ürək nahiyyəsindən  bıçaqla vurmuşdur.

Həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Əsəd və Məhəmməd Əliyevlər yanvarın 7-də  Bakı şəhərində, Seymur Əliyev isə Yevlax rayonunda tutularaq istintaqa cəlb edilmişlər.

Hazırda cinayətin digər iştirakçılarının da müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat və axtarış tədbirləri davam etdirilir.