Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2013-02-14
Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin birgə məlumatı

Fevralın 10-da saat 23:00 radələrində Bakı şəhər sakini Həsənov Vasif Vaqif oğlu Binəqədi rayonunun Dərnəgül qəsəbəsi ərazisində yerləşən «Elit» Ticarət Mərkəzinin qarşısında ictimai qaydanı kobud surətdə pozaraq mərkəzin əməkdaşları ilə mübahisə etmiş və üstündə gəzdirdiyi bıçaqla orada işləyən Məftun Qasımov, Əli Mirzəyev və İlqar İbrahimova müxtəlif dərəcəli xəsarətlər yetirmişdir. 

Mərkəzin əməkdaşları aldıqları xəsarətlərlə bağlı xəstəxanaya yerləşdirilmişlər. 

Fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanmışdır. 

V.Həsənov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. 

Hazırda iş üzrə istintaq davam etdirilir.