Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2013-02-22
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərindən

Respublikanın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş daha bir ağır cinayətin qısa müddət ərzində açılması təmin edilmişdir.

Xəbər verildiyi kimi, fevralın 16-da İmişli rayonunun Cəfərli kəndi ərazisində “VAZ-2107” markalı 66-BB-616 dövlət qeydiyyat nişanlı yanmış avtomobildə İmişli şəhər sakini Məsudi Orucovun üzərində kəsilmiş-deşilmiş xəsarət olan meyiti aşkar edilmiş və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdı. 

Daxili işlər, Milli təhlükəsizlik və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayətin aralarında baş vermiş şəxsi münaqişə zəminində əvvəllər məhkum olunmuş, rayon sakini, 1985-ci il təvəllüdlü, Niyəməddin Ağayev tərəfindən törədilməsi müəyyən edilmiş və o, tutularaq istintaqa cəlb olunmuşdur. 

N.Ağayev ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf etmiş və ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. 

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.