Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2013-03-07
Bakı şəhər prokurorluğunun məlumatı

Martın 6-da saat 18:30 radələrində Bakı Metropoliteninin «İnşaatçılar» stansiyasının yaxınlığındakı «Fatma» aptekinin qarşısında Fərid Səlimov sərxoş vəziyyətdə ictimai qaydanı kobud surətdə pozmaqla həmin ərazidə ictimai asayişin qorunması üzrə xidməti vəzifəsini yerinə yetirən Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polis nəfəri Arzu Kalbalıyevin qanuni tələblərinə tabe olmaqdan yayınmışdır. Daha sonra o, öz qanunazidd hərəkətlərini davam etdirərək xidməti vəzifələrini yerinə yetirən A.Kalbalıyevə sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə xəsarət yetirmişdir. 

Fakta görə Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsilə cinayət işi başlanmışdır. 

Hazırda iş üzrə istintaq davam etdirilir.