Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2013-03-15
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən
Martın 9-da saat 11 radələrində Bakı şəhəri, N.Rəfiyev küçəsi, 17 A ünvanında Hindistan Respublikası vətəndaşı Chaudhary Binod Kumarın üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilmişdir.

Fakta görə həmin tarixdə Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış və martın 14-də cinayət işi həmin Məcəllənin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə)  maddəsinə tövsif edilmişdir.

Daxili işlər və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs - 16.02.1986-cı ildə Pakistan İslam Respublikasının Lahor şəhərində anadan olmuş Ali Abid Ahmad Bashir martın 15-də tutularaq istintaqa cəlb olunmuşdur.

 Hazırda qeyd edilən cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla hadisənin başvermə səbəblərinin və digər xüsusatların müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.