Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2013-03-19
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərindən

Martın 18-də Mingəçevir şəhər prokurorluğuna şəhər sakini İlqar Həsənovun yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə məlumat daxil olmuşdur.

Məlumat əsasında məhkəmə-tibb ekspertinin iştirakı ilə  şəhər prokurorluğu və polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş , digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir. 

Fakta görə həmin tarixdə Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Aparılmış təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, İradə Həsənova əri İlqar Həsənovu onu mütəmadi olaraq döydüyü üçün sonuncudan qisas almaq məqsədi ilə mətbəx bıçağı ilə ürək nahiyəsindən vuraraq öldürmüşdür.         

İ.Həsənova cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş və cinayətin aləti olan mətbəx bıçağını istintaqa təqdim etmişdir.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.