Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2013-04-27
Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsinin birgə məlumatı

     Aprelin 27-də saat 10:30 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində yerləşən «Şüşa» yaşayış məntəqəsində istifadəsiz yaşayış evində iki nəfərin asılmış vəziyyətdə meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında Bakı şəhər və Sabunçu rayon prokurorluğu və Polis İdarəsinin  əməkdaşları dərhal həmin ünvana gedərək hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilmişdir. 

     İlkin araşdırmalarla meyitlərin 1995-ci ildə Cəlilabad rayonunun Məlikqasımlı kəndində anadan olmuş Qəmbərli Əli Oruc oğlu və 1995-ci ildə Şərur rayonunda anadan olmuş Bayramov Ramil Vidadi oğlu olması müəyyən edilmişdir.

     Meyitlərə valideynlərinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı onların boyun nahiyyəsində stranqulyasiya şırımından başqa heç bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir.

     Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş, məhkəmə-tibb ekspertizaları təyin edilmişdir.

     Araşdırmalarla həmçinin müəyyən edilmişdir ki, Ə.Qəmbərli və R.Bayramov aprelin 26-da evdən çıxmış və sonuncu həmyerlisi Elçin adlı şəxsin mobil telefonuna «haqqınızı halal edin, bu gün Əli ilə mənim axırıncı günümdür» mesajı göndərmişdir.

      Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.