Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2013-05-02
Gəncə şəhər prokurorluğu və Baş Polis idarəsinin birgə məlumatı

Mayın 1-də saat 14.00 radələrində Gəncə şəhər sakini Kamran Məmmədovun yaşadığı evin qarşısındakı yardımçı tikilidə qumbara partlatmaqla intihar etməsi barədə məlumat daxil olmuşdur.

Bununla əlaqədar Şəhər Prokurorluğunun və Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu hadisə yerinə çıxaraq oradan partlamış qumbaranın müxtəlif hissələrini və  22 ədəd avtomat patronu aşkar edərək götürmüşdür. Zərərçəkənin meyiti daxili müayinə üçün məhkəmə-tibbi ekspertizasına təqdim edilmişdir.

Fakt üzrə Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 228.1-ci (qanunsuz olaraq silah, döyüş sursatı, partlayıcı maddələr əldə etmə, saxlama, gəzdirmə) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət  işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.