Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2013-05-16
Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsindən

2013-cü il mayın 15-də saat 12.00 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən «Ağdam» kafesində orada xadimə işləyən Könül Məmmədovanın qəsdən öldürülməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. 

Prokurorluq və polis əməkdaşları tərəfindən kriminalist və məhkəmə-tibb ekspertlərin iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilmiş, cinayətin aləti olan balta maddi sübut kimi götürülmüş, digər təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. 

Müəyyən edilmişdir ki, cinayəti Bərdə rayon sakini Adil Cəmilov törətmişdir. O, oğlu Əlinin özündən yaşca böyük olan Könül Məmmədova ilə qeyri-rəsmi ər-arvad kimi yaşamasından narazı olmuşdur. Sonuncuya oğlu ilə münasibətlərinə son qoyması barədə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, qadının bu münasibəti davam etdirməsi, eyni zamanda, mobil telefonuna nalayiq sözlərdən ibarət mesajlar göndərməsi onu bu cinayəti törətməyə vadar etmişdir. Mərhumun işlədiyi kafeyə gələn A.Cəmilov özü ilə gətirdiyi balta ilə ağır xəsarətlər yetirərək qəsdən onu öldürmüşdür. 

A.Cəmilov tutularaq istntaqa cəlb olunmuş və ifadəsində törətdiyi cinayət əməlini etiraf etmişdir. 

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.