Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2013-05-17
Bakı şəhər prokurorluğunun məlumatı
Rusiya Federasiyasının vətəndaşı İrina Bazaronun 11 may 2013-cü il tarixdə gecə saat 05 radələrində Səbail rayonunda müvəqqəti yaşadığı mənzildə Bakı şəhər sakini Məcid Məcidov tərəfindən zorlanması barədə müraciəti Səbail rayon prokurorluğunda araşdırılmışdır.

Müəyyən edilmişdir ki, Bakı şəhərində fəaliyyət göstərən "Grand House" daşınmaz əmlak firmasının rəhbəri M.Məcidov mayın 10-da İ.Bazaronun müraciəti əsasında Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 27 saylı ünvanda yerləşən mənzili 10 gün müddətinə kirayəyə vermişdir. M.Məcidov mənzilin açarlarının birini ona təqdim etmiş, ertəsi gün isə gecə saat 05 radələrində özündə olan ikinci açarla qanunsuz olaraq həmin mənzilə daxil olaraq zor tədbiq etməklə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edib onunla cinsi əlaqədə olaraq zorlamışdır.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə cinayət işi başlanmışdır. İş üzrə məhkəmə-bioloji, məhkəmə-tibbi ekspertizaları təyin edilmiş, hadisə yerinə baxış keçirilərək maddi subutlar götürülmüş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

İstintaqla M.Məcidovun təqsiri sübuta yetirilərək onun əməli Cinayət Məcəlləsinin 149.1 və 157.3-cü (mənzil toxunulmazlığını pozma) maddələrinə tövsif edilmiş və ona həmin maddələrlə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

           Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.