Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2013-05-30
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan

Mayın 28-də T.Bəhramov adına Respublika satadionunda Azərbaycan kuboku uğrunda "Neftçi" və "Xəzər Lənkəran" futbol klubları arasında keçirilən final oyunundan sonra futbol meydançasında həmin klubların azarkeşləri arasında qarşıdurma yaranmaqla, onlar heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən xuliqanlıq etmişlər.

Polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində insident aradan qaldırılmışdır.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda Bakı şəhər Baş Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi üzrə təqsirkar şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.