Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2013-07-16
Bakı şəhər prokurorluğunun məlumatı

Nəsimi Rayon Polis İdarəsinin növbətçi hissəsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları dərhal həmin ünvana gedərək hadisə yerinə və meyitə baxış keçirilmiş, cinayətin törədilməsində istifadə olunmuş odlu silah maddi sübut kimi götürülmüş və digər təxirasalınmaz hərəkətlər aparılmışdır. 

A.Xəlilovun idarə etdiyi «Toyota Corolla» markalı, 90-HS-359 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən onun yük hissəsində 1 ədəd «Vinçester» markalı ov silahı, lüləsi kəsilmiş 12 çaplı yivsiz qoşalülə ov silahı, 20 çaplı 20 ədəd patron, 12 çaplı 2 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülmüşdür. 

Fakt üzrə Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələri əldə etmə, saxlama, gəzdirmə), 229.1 (qanunsuz olaraq silah hazırlama) və 120.2.4-cü (ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanmış, hadisənin şahidləri müəyyən edilərək dindirilmiş, məhkəmə-tibbi və digər ekspertizalar təyin edilmişdir. 

A.Xəlilov cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İlkin məlumata əsasən A.Xəlilov əvvəllər ruhi əsəb xəstəxanasında müalicə olunmaqla orada qeydiyyatdadır. 

Hazırda iş üzrə istintaq Bakı şəhər prokurorluğunun istintaq idarəsində davam etdirilir.