Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2013-07-29
Bakı şəhər prokurorluğunun məlumatı

İyulun 26-da saat 00:15 radələrində Bakı şəhər sakini 1963-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Fərhad Əddürəhmanov keçmiş arvadı 1972-ci il təvəllüdlü, hava limanında təyyarə bələbçisi işləyən Alfiyə Əddürəhmanovanın Binə qəsəbəsində yaşadığı evinə gələrək şəxsi münasibətlər zəminində sonuncunun sifətinə naməlum kimyəvi maye atıb ona ağır bədən xəsarətləri yetirmişdir. 

Fakta görə həmin tarixdə Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanmışdır. 

İş üzrə cinayəti törətməkdə şübhəli bilinən Fərhad Əddürəhmanov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Xəzər rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. 

Hazırda iş üzrə istintaq davam etdirilir.