Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2013-08-28
Bakı şəhər prokurorluğunun məlumatı

Nərimanov rayon prokurorluğu və rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 19 iyun 2013-cü il tarixdə qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılmışdır. 

Belə ki, iyunun 20-də üzərində kəsici-deşici xəsarətlərlə naməlum kişi meyitinin aşkar olunması faktına görə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldurmə) maddəsi ilə cinayət işi başlanmışdır. 

Aparılmış əməliyyat-istintaq hərəkətləri nəticəsində naməlum kişi meyitinin şəxsiyyəti müəyyənləşdirilərək onun 1966-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Nağıyev Rasim Tağı oğlu olması müəyyən edilmişdir. 

Həyata keçirilmiş tədbirlər nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Ələsgərov Zöhrab Məhəmməd oğlu avqustun 27-də tutularaq istintaqa cəlb edilmişdir. 

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.