Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2013-08-31
Bakı şəhər prokurorluğunun məlumatı

Avqustun 29-da Sabunçu rayonu ərazisində paytaxt sakini Tofiq Həsənovun odlu silahla qətlə yetirilməsi faktı üzrə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama, gəzdirmə və ya daşıma) maddələri ilə cinayət işi başlanmışdır. 

Rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində T.Həsənovu qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini Güloğlan Abbasov avqustun 31-də tutularaq istintaqa cəlb edilmişdir. 

Cinayətin aləti olan 1 ədəd “Makarov” tipli tapança maddi sübut kimi götürülmüşdür. 

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.