Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2013-09-03
Ağcabədi, Ağdam, Tərtər, Yevlax, İmişli, Beyləqan və Füzuli rayonlarında yaşayan vətəndaşların nəzərinə

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov tərəfindən cari il sentyabrın 13-də saat 11:00-da Ağcabədi rayon prokurorluğunun inzibati binasında Ağcabədi, Ağdam, Tərtər, Yevlax, İmişli, Beyləqan və Füzuli rayonlarında yaşayan vətəndaşların qəbulu keçiriləcəkdir. 

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Ağcabədi şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir. 

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az, elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər. 

Baş Prokurorluğun
Mətbuat xidməti