Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2013-09-17
Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatı

“Falkon Grup” Məhdud Məsuliyyətli Cəmiyyətdə yol verilmiş qanun pozuntularına dair Baş Prokurorluğa daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılmışdır. 

“Falkon Grup” MMC-də ticarət agenti vəzifəsində işləyən İlkin Əliyev, Ramin Xəlilov və Samir Dibirovun cəmiyyətin rəhbərliyi tərəfindən onlara etibar edilmiş ümumilkdə 26.800 manat məbləğində əmlakı talamalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanmışdır. 

Hazırda iş üzrə istintaq davam etdirilir.