Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2013-10-04
Baş Prokurorluğun əməkdaşları beynəlxalq tədbirdə iştirak etmişlər

01-03 oktyabr 2013-cü il tarixlərdə Kişinyov şəhərində  BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə Regional Nümayəndəliyi və GUAM-ın birgə həyata keçirdiyi layihə çərçivəsində “Məhkəmələrdə çirkli pulların yuyulması ilə bağlı işlərə baxılmasının xüsusiyyətləri”mövzusunda seminar keçirilmişdir.

Tədbirdə ABŞ, Ukrayna, Moldova, Gürcüstan və digər ölkələrin çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində mövcud olan qanunvericiliyi təhlil edilmiş, çirkli pulların yuyulmasına dair mübarizənin səmərəliyinin artırılması və mövcud problemlərin aradan qaldırılması üçün müzakirələr keçirilərək qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin prokuroru Əmir Ocaqverdiyev və Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin prokuroru Rövşən Ağayev seminarda çıxış edərək ölkəmizin bu sahədə mövcud qanunvericiliyi, istintaq təcrübəsi, çirkli pulların yuyulması ilə əlaqəli istintaq edilmiş cinayət işlərinin statistikası və əlaqəli cinayətlərin tövsifinin xüsusiyyətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişlər.